İnteryer dizayn hər hansı bir məkandan istifadə edən insanlar üçün daha sağlam və estetik baxımdan xoş bir mühit əldə etmək üçün bir binanın daxili hissəsi ilə məşğul olan sənətdir. Bu sənət divarların rəngindən, otaqların quruluşundan tutmuş mebellərin düzümünə qədər bir çox şeyi əhatə edir. İnteryer dizayner bu cür inkişaf layihələrini planlaşdıran, araşdıran, koordinasiya edən və idarə edən bir insandır. Interyer dizaynerlər mühitə uyğun dizaynları müəyyən etməli, onu həyata keçirməli və ən əsası müştərisini məmnun etməlidir. İnteryer dizaynerlər həm vizual olaraq gözəl görünüşlü, həm də əlverişli, məqsədəuyğun dizayn seçməlidirlər.