Eksteryer dizayn məkanın erqonomik və harmonik atmosferinin yaradılmasını nəzərdə tutur. Dizaynın əsasını bədii və utilitar ideyaların birləşməsi təşkil edir ki, bu da insanın yaşayışına əlverişli şərait yaratmağa yönəlib. Eksteryer dizayn obyektləri obrazlı-ifadəli keyfiyyətlərə malik olmalı, bir-biri ilə lakonik şəkildə uzlaşmalı və ümumi arxitektura ilə ahəngdar qarşılıqlı fəaliyyət göstərməlidir. Bu zaman yaradılan obyektlərin vizual yerləşmə xüsusiyyətlərini, həmçinin ümumi rəng tərtibatını, miqyasını və mütənasibliyini nəzərə almaq vacibdir.
Eksteryer dizayn, həmçinin, layihə işlərinin bütöv bir kompleksinin daxil olduğu giriş qrupunun dizaynını da əhatə edir. Binanın tipindən və giriş qrupunun məqsədindən asılı olaraq bu ola bilər: yer örtüləri, dayaqlar, pilləkən, hasarlar, klumbalar, vazonlar, informasiya tabloları və s.
Kursumuzda Eksteryer dizaynın dərinlikləri, incə məqamları professional və praktiki formada icra edilir.