Keçmişdən günümüzə divarlarda, kitablarda, logolarda yazılı və əyani olaraq diqqətimizi çəkən dizaynlar əslində bir sənətə aiddir. Sevərək edilən hər bir sənət kimi qrafik dizayn sənəti də sizə hər işinizdə yeniliklər qatır, həm də pul qazandırır. Bəs bu “qrafik dizayn” nədir?
Qrafik dizayn yaradılarkən dizaynerlərin diqqət etməli olduğu bəzi keyfiyyətlər bunlardır:
Dizayner, yer, zaman və forma əlaqəsini görə bilən, görsəl zəkası yüksək, xəyal gücü zəngin, rənglər arasındakı konstrastlara hakim, vektorlar ilə ifadə edə bilən, incəsənətlə əlaqəli, yenilikci kimsələr olmaları lazımdır. Bununla birgə;
⦁ Dizayn ehtiyaclarını yəqinləşdirmək üzərə müştərinin brieflərinə görə yön verən,
⦁ Kompüter dəstəkli dizayn proqramlarını istifadə edərək hakim və özünə xas orjinal dizaynlar ortaya qoyan,
⦁ Müştərinin briefləri istiqamətində reallaşdırılan çalışmaların dizayn və istehsal prosedurlarını kontrol edən,
⦁ Estetik qayğısına uyğun dizaynlar yaradan,
⦁ Peşəkar inkişaflarını gözardı etməyən insanlardır.
Günümüzdə geniş tələb qazanan sahələrdən olan Qrafik dizayner ixtisası sizə uğurlu karyera qazandıra bilər. Əgər bu sahədə başlanğıc etmək istəyirsinizsə kursumuzun sizə təklif etdiyi üstünlüklərdən yararlana bilərsiniz.