3D modelləşdirmə dizayn və mühəndislik sahəsində müasir bir tendensiyadır. Tikinti, istehsal, marketinq, oyunlar və digər sahələrdə geniş istifadə olunur.
3D qrafika kompüter qrafikasının obyektləri üç ölçülü modelləşdirmə yolu ilə şəkillər və ya videolar yaratmaq üsulları ilə məşğul olan bölməsidir. 3D modelləşdirmə obyektin üçölçülü modelinin yaradılması prosesidir.
3D modelləşdirmənin vəzifələri istədiyiniz obyektin vizual üçölçülü görüntüsünü hazırlamaqdır. Bu halda model ya real dünyadan olan obyektlərə uyğun gələ bilər, ya da tamamilə mücərrəd ola bilər.
Günbəgün inkişaf edən bu istiqamət sizin üçün çox uğurlu və gəlirli bir sahə ola bilər. Praktika dolu dərslərimiz sayəsində bu sahəni tamamilə mənimsəyəcəyinizə qaranti veririk.