İnteryer dizayner həm də memar-dizaynerdir, tək dizayner deyil. Ancaq memardan fərqli olaraq memar-dizaynerin işi yalnız evin daxilidir. İnteryer dizayner sahəsində peşəkarlıq üçün portfolio( gördüyünüz işlərin şəkillərindən ibarət qovluq) hazırlanmalıdır. Yaxşı interyer dizayner olmaq üçün memarlıq və dizayner proqramlarını( 3d Max, AutoCad, Photoshop, Corel Draw) bilmək vacibdir. Həmçinin interyer dizayner yaradıcılıq və xəyal gücünə sahib olmalı, mövzuları beynində vizuallaşdırıb digərlərinə çatdırmağı bacarmalı, əl qabiliyyətinə malik olmalı və yeni trendləri, dəyişikləri izləməlidir. İnteryer dizayner gələcəyini ofislərdə, reklam şirkətlərində, interyer sahəsi ilə bağlı jurnalların və kitabların üz qabığı dizaynında davam etdirə bilər.