Dizayn kursları dedikdə ilk ağla gələn və ölkənin aparıcı innovativ şirkətlərindən biri olan UmudluDesign Academy-də iş imkanları ilə aşağıdan tanış ola bilərsən.
Missiyamız Azərbaycanda qlobal bazarda rəqabətə dayanıqlı yerli kadrların hazırlanmasını həyata keçirməkdir. Ancaq bunu tək başına edə bilməyəcəyimizi bilirik.
Bu səbəbdən, eyni hədəf uğrunda mübarizə aparan gənc beyinlərə ehtiyacımız var. İstər proqramlaşdırma, istərsə də digər sahə olsun, vakansiyanın istiqamətindən asılı olmayaraq hər bir üzvün əməyi bizim üçün eyni qədər dəyərli və vacibdir.
Ölkənin dizayn sektorunda potensial kadrların yetişməsində sənin də rolunun olmasını istəyirsənsə ailəmizə qatıl.